Milli Məclisin deputat qrupu Gürcüstana gedir

12 May 2018 13:16 (UTC+04:00)

MM-dən verilən məlumata görə, Gürcüstan-Azərbaycan parlament dostluq qrupunun dəvəti əsasında həyata keçiriləcək səfər çərçivəsində iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişafına dair müzakirələr aparılacaq. Milli Məclisin nümayəndə heyətinin Gürcüstanda bir sıra rəsmi şəxslərlə görüşləri də nəzərdə tutulub(apa).