NASA Marsa helikopter göndərir

12 May 2018 15:22 (UTC+04:00)

“Qafqazinfo” BBC News-a istinadən xəbər verir ki, helikopter Marsda həyatın mövcudluğunun mümkünlüyünü araşdıracaq.

Helikopter “Qırmızı planet”ə 2020-ci ildə yola salınacaq və 2021-ci ildə oraya çatacaq. O, digər planetdə istifadə olunacaq havadan ağır ilk cihaz olacaq.

Məlumata görə, çəkisi 1,8 kiloqram olan qurğunun üzərində dörd il işlər aparılıb.

AzNews.az