“Atletiko”nun apellyasiya şikayəti rədd edildi

12 May 2018 16:10 (UTC+04:00)

AZƏRTAC xəbər verir ki, argentinalı mütəxəssisin cəzası qüvvədə qalıb. D.Simeonenin Avropa Liqasının finalında “Marsel”lə görüşdə texniki zonada olmayacağı rəsmiləşib.

Qeyd edək ki, D.Simeone Avropa Liqasının yarımfinalında “Arsenal”la ilk matçda hakimi təhqir etdiyi üçün 4 oyunluq cəzalandırılıb.

AzNews.az