“Süni mayalanmaya qarşı çıxmaq düz deyil“

16 Mart 2013 10:22 (UTC+04:00)


Bunu Trend-ə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.

"Bu,dünyada bu geniş yayılmış bir metoddur və bunun kökündə cütlüyün süni mayalanması, müdaxilə yolu ilə kişinin qadınla izdivacının möhkəmlənməsi durur. Lakin bunu başa düşmürlər. Bu gün qanun layihəsi ilə bağlı müzakirəyə çıxarılan məsələlərin sabah düz olmadığını başa düşəcəklər. Biz cəmiyyətin sosial sifarişlərinin icraçılarıyıq. Biz başa düşdük ki, süni mayalanma məsələsi mübahisəlidirsə, cəmiyyət bir az da düşünülməlidir", - Hadı Rəcəbli deyib.
O qeyd edib ki, bu problemin aradan qaldırılması üçün mentalitet məsələsi öz rolunu oynayır.
"Bu gün Azərbaycanda övladlığa uşaq götürmək olar, amma başqa insanın vasitəsilə tamam məxfi şəkildə belə addımın atılmasına razı deyillər. Bu, dünyada mövcuddur, amma bizim mentalitet buna imkan vermir", - komitə sədri deyib.
Onun sözlərinə görə, İranda bu məsələ siğə yolu həll olunur.
Rəcəbli qeyd edib ki, "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsinin müzakirəsi hələlik dayandırılsa da, ailə daxili problemlərin həlli üçün bu layihə böyük əhəmiyyət kəsb edər.
"Reproduktiv sağlamlığın qorunması haqqıda" qanun layihəsi 2012-ci ildə Milli Məclisin Sosial siyasət Komitəsinin iclasında iki dəfə müzakirə olunsa da, parlamentin plenar iclasına tövsiyə edilməyib.
Qeyd edək ki, qanun layihəsi 2009-cu ildə Milli Məclisin işlər planına daxil edilsə də, plenar iclasda müzakirəsi zamanı qəbul edilmədi. Qanun layihəsi bir çox ekspertlər, digər dövlətlərin praktikası öyrənilərək yenidən hazırlanıb. Layihədən əvvəlcə "surroqat ana" ifadəsi çıxarılıb, "Süni mayalanma" isə "ekstrakorporal mayalanma" ifadəsi ilə əvəz edilib.
Qanun layihəsində göstərilir ki, 10 ildən artıq müddətdə sonsuzluqdan əziyyət çəkən və sosial müdafiəyə ehtiyacı olan ailələrə ekstrakorporal mayalanma və embrionun köçürülməsi bir dəfə dövlət tibb müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına ödənişsiz həyata keçirilir.

AzNews.az