Alimlər kağızdan ən möhkəm material hazırladılar

12 May 2018 16:49 (UTC+04:00)

AzNews.az ICTnews-a istinadən xəbər verir ki, alimlər qrupu tərəfindən adi sellülozdan yaradılmış yeni material öz xüsusiyyətlərinə görə əksər metal ərintisindən daha möhkəmdir.

İsveç Kral Texnologiya İnstitutu və ABŞ Kimya Cəmiyyətinin əməkdaşları sellüloz liflərin nanostrukturunu tədqiq ediblər. Alimlər yeni materialın yaradılması zamanı kifayət qədər ciddi problemlə üzləşiblər: nanostrukturu təkrarlamaq üçün sintetik sellüloz materiallarının zəif adgeziyasını (yapışma) gücləndirmək lazım olduğu məlum olub. Alimlər bu məhdudiyyətləri aradan qaldırmaq üçün makro ölçülü liflərin mükəmməl təşkili üçün şırnaqlı texnologiyalardan istifadə ediblər. Bir sözlə, hissəciklərin ölçüləri cüzi böyüdülüb.

Ekspertlər, həmçinin müəyyənləşdiriblər ki, yeni material bir çox metal ərintisi və şüşə liflərdən daha möhkəmdir, həmçinin hörümçək ipəyindən 8 dəfə daha sərtdir.