59 yaşlı piyadanı maşın vurdu

12 May 2018 18:38 (UTC+04:00)

APA-nın qərb bürosunun məlumatına görə, yolu keçmək istəyən 1959-cu il təvəllüdlü İsayev Əvəz hərəkətdə olan avtomobil tərəfindən vurulub. Yaralı qəzanı törədən sürücü tərəfindən dərhal xəstəxanaya çatdırılıb. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az