Cüdoçularımız Avropa kubokunda 2 medal qazandılar

12 May 2018 19:08 (UTC+04:00)

Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən xəbərə görə, beynəlxalq turnurin ilk günü milli komandamızın cüdoçuları üçün uğurlu olub.

60 kq çəki dərəsində Azərbaycan finalı baş tutub. Mehman Sadıqov və Kəramət Hüseynov bütün rəqiblərinə qalib gələrək həlledici qarşılaşmada görüşüblər. Nəticədə Mehman Sadıqov qızıl, Kəramət Hüseynov gümüş medal qazanıb.

Qeyd edək ki, Orenburq turnirində 16 ölkədən 279 cüdoçu mübarizə aparır.

AzNews.az