Ərdoğan BMT-ni ədalətsizlikdə günahlandırdı

12 May 2018 20:48 (UTC+04:00)

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

"Biz ədalət tələb edirik. Axı BMT-nin yaradılmasının təşəbbüsü əsasında qlobal ədalətin təmin edilməsi ideyası dayanıb. Biz ədalət tələb edirik", - deyə Türkiyə prezidenti bildirib.

Onun sözlərinə görə, 196 ölkənin hər biri BMT Təhlükəsizlik Şurasının üzvü olmağa layiqdir.

"Əgər Təhlükəsizlik Şurasındakı 20 dövlətin hər biri yenidən seçilsəydi, ədalət olardı", - deyə o əlavə edib.

AzNews.az