Venesuela Çaveslə vidalaşır

16 Mart 2013 10:46 (UTC+04:00)


Lent.az-ın xarici mənbələrə istinadən verdiyi məlumata görə, minlərlə venesuelalı mərhum prezident Çaveslə vidalaşmaq üçün küçələrə çıxıb.

Dövlət kanalı Çavesin bayrağa bürünmüş tabutunu canlı yayımla nümayiş etdirib.

Qeyd edək ki, 1999-cu ildən Venesuelaya prezidentlik etmiş Çaves martın 5-də 58 yaşında vəfat edib. Çaves xərçəng xəstəsi olub və 4 dəfə əməliyyat keçirib. Vida mərasimi martın 21- nəcən davam edəcək.

AzNews.az