“Neftçi”nin 4 ehtiyat oyunçusunun məvacibi ümumi məvacibimizdən çoxdur”

12 May 2018 23:08 (UTC+04:00)

"Report"un məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının XXVII turunda "Neftçi"yə 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.

O, fikrini bu sözlərlə davam etdirib: "Futbolçularıma narazılığım yoxdur. Bacarıqlarını göstərdilər. İki komandanı müqayisə etdikdə, "Neftçi"nin ehtiyatda olan 4 oyunçusunun məvacibi bizim ümumi komandanın məvacibindən çoxdur".

S. Əliyev ilk hissənin sonlarında texniki zonadan qovulmasına da münasibət bildirib: "Hakimlər barədə danışmaq istəmirəm. Şəxsi fikrim belədir ki, bugünkü hakimlər briqadasının səviyyəsi budur. Əlbəttə, əsəblərimə hakim ola bilmədim. Haqlı olaraq da texniki zonadan qovuldum".

AzNews.az