Trend-in məlumatına görə, partlayış nəticəsində 3 nəfər həlak olub. Əldəqayırma partlayıcı qurğu Əl-Huveyca şəhərində seçki məntəqəsinə aparan yolda partladılıb.
Qeyd edək ki, daha əvvəl İŞİD terror qruplaşmasının üzvləri Kərkük əyalətində blokpostlardan birinə hücum ediblər. Hücum nəticəsində 4 polis və 2 hərbçi həlak olub.
AzNews.az