20 Yanvar dairəsində maşın aşıb - Qadın sürücü ağır yaralandı (Video)

13 May 2018 10:51 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, "99-KJ-767" dövlət qeydiyyat nişanlı avtomobil 20 Yanvar dairəsi yaxınlığında yüksək sürətlə manevr edərkən aşıb.

Nəticədə qadın sürücü ağır yaralanaraq şok keçirib. Onu avtomobildən yaxınlıqda olan insanlar çıxararaq xəstəxanaya aparıblar.

Hazırda həmin qadının şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.