Pedro "Qarabağ"dan ayrıldı

13 May 2018 16:02 (UTC+04:00)

AzNews.az klubun rəsmi saytına istinadən xəbər verir ki, cari mövsümün əvvəlində Yunanıstanın PAOK klubundan 1 illik icarə əsasında Ağdam təmsilçisinə keçən yarımmüdafiəçi Azərbaycanı tərk edib.

Belə ki, icarə müddəti başa çatan futbolçuyla yeni müqavilə imzalanmayıb.

Qeyd edək ki, Enrike “Qarabağ”ın heyətində çıxdığı 26 matçda 6 qola imza atıb.