Qarabağ atları Britaniyada şou göstərdi - Fotolar

13 May 2018 17:15 (UTC+04:00)

AzNews.az xəbər verir ki, şounun tərkib hissəsi olaraq 24 nəfərdən ibarət “Sərhədçi” rəqs qrupu, “Natiq Ritm Qrupu”, rəssamlar və fakirlər də meydanda ölkəmizi təmsil ediblər.

“Land of Fire - Azerbaijan” adı ilə təqdim olunan xüsusi proqram yarış izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb.

“Odlar Yurdu – Azərbaycan” adlı kompozisiyada 20 süvari, xoreoqraf, əməkdar artist Nailə Məmmədzadənin rəhbərliyi ilə “Sərhədçi” rəqs ansamblı, alov püskürən fakirlər qrupu və iki gənc rəssam iştirak ediblər. 12 dəqiqə davam edən bu şounun quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov olub.

12 mayda Atçılıq Federasiyasının nümayəndə heyəti Böyük Britaniya taxt-tacının sahibi, Ülyahəzrət Kraliça II Elizabetlə görüşüb və tuncdan hazırlanmış Qarabağ atı heykəlini Azərbaycan nümayəndə heyəti adından rəsmi hədiyyə olaraq təqdim edib.