AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun 25-ci km-də baş verib.
"Opel" markalı avtomaşınla "VAZ 2109" markalı maşın toqquşub. Qəza nəticəsində 4 nəfər müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.