Bəylə gəlinin mindiyi helikopter qəzaya uğradı - Video

14 May 2018 10:30 (UTC+04:00)

“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, gəlinlə bəy toy məkanına fərqli şəkildə gəlmək istəyiblər. Bunun üçün helikopter kirayələyən səbəbkarların başına isə gözləmədikləri hadisə gəlib.

Qəfil düşən helikopter yanmağa başlayıb. Qonaqların köməyi ilə kabindən çıxarılan gəlinlə bəy yüngül yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.