AZƏRTAC xəbər verir ki, S.Lavrov İranın nüvə proqramına dair Birgə Ümumi Fəaliyyət Planı (BÜFP) ətrafında böhranlı vəziyyətin yarandığını, ABŞ-ın bu sazişdən çıxmasından sonra Çin, İran, Rusiya və Avropa İttifaqı ilə birlikdə regionda sabitliyin qorunması üçün yollar axtarılacağını bildirib.
İranın xarici işlər naziri qeyd edib ki, ABŞ-ın bu sazişi tərk etməsindən sonra BÜFP-nin üzvü olan digər ölkələrlə müzakirələr aparmaq üçün müəyyən vaxt tələb olunur. O, həmçinin Çinin xarici işlər naziri Van İ ilə danışıqlarının nəticələrini müsbət qiymətləndirib.
Xatırladaq ki, Məhəmməd Cavad Zərif İranın nüvə proqramı üzrə BÜFP-yə daxil olan ölkələrlə məsləhətləşmələr aparmaq üçün sazişin üzvü olan ölkələrə səfər edir. Rusiyadan əvvəl o, Çində olub. Növbəti danışıqların Brüsseldə keçiriləcəyi gözlənilir.
AzNews.az