AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu, indiyədək ən yüksək qiymətlə satılan şəxsi sənət kolleksiyasıdı.
Nyu-Yorkda “Christies” hərrac evi tərəfindən keçirilən hərracda kolleksiyadakı Pablo Pikassounun 1905-ci il tarixli “Çiçək səbətli gənc qız” tablosu ən yüksək qiymətə - 115 milyon dollara satılıb.
Hərracdan əldə olunan gəlir xeyriyyə məqsədilə istifadə olunacaq.
Qeyd edək ki, David Rokfeller 2017-ci ildə 101 yaşında vəfat edib.
AzNews.az