DİN-dən AzNews.az-a verilən məlumata görə, mayın 13-də saat 23 radələrində Sabirabad rayonunun Zalqarağac kəndi ərazisində Salyan rayon sakini Aqşin Quliyev idarə etdiyi teplovozla (yük qatarı) kənd sakini Rahil Cavadovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.