Britaniya səfirliyini Qüdsə köçürməyəcək

14 May 2018 16:03 (UTC+04:00)

“Report” “Haberturk”ə istinadən xəbər verir ki, bunu Britaniyanın baş naziri Tereza Meyin sözçüsü bldirib.

“Krallıq ABŞ prezidenti Donald Trampın qəbu etdiyi qərara qoşulmur”, - o vurğulayıb.

Qeyd edək ki, mayın 14-də ABŞ-ın Qüdsdəki səfirliyinin açılış mərasimi keçiriləcək. Bu tədbirə etiraz olaraq Fələstinin Qəzza zolağında aksya keçirilib. İsrail sərhədçilərinin açdığı atəş nəticəsində 25 nəfər ölüb, 500-dən çox insan yaralanıb. Onların arasında güllə yarası alan da var.

AzNews.az