Zakir Həsənov bir sıra hərbi obyektlərin açılışında iştirak etdi - Fotolar

14 May 2018 17:22 (UTC+04:00)

MN-dən AzNews.az-a verilən məlumata görə, müdafiə naziri müasir tələblərə cavab verən yanacaq sürtgü materialları anbarı, avtomobillərin texniki təmiri və qulluğu məntəqəsinin açılışında iştirak edib, burada yaradılan şəraitlə tanış olub və müvafiq tapşırıqlarını verib.

Sonra general-polkovnik Z.Həsənov hərbi hissələrdən birində yeni inşa edilən yeməkxananın açılışında iştirak edərək şəxsi heyətlə birlikdə nahar edib.