"Əl-Cəzirə" telekanalının jurnalisti Qəzzada yaralandı

14 May 2018 19:22 (UTC+04:00)

"Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Vael Daduh ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalarda xəsarət alıb.

"Qəzzada kütləvi etirazlar zamanı İsrail qüvvələri tərəfindən açılan atəş nəticəsində jurnalist Vael Daduh yaralanıb", - telekanal "Twitter" səhifəsində qeyd edib.

Hadisə və yaralının vəziyyəti barədə məlumat verilməyib.

AzNews.az