Elmar Məmmədyarov ATƏT həmsədrləri ilə görüşəcək - Ermənistan-Azərbaycan münaqişəsi müzakirə olunacaq

14 May 2018 20:13 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, bu barədə XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, 15 may tarixində Parisdə xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub.

“Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi, həmçinin son günlərdə Ermənistanda cərəyan edən hadisələr müzakirə olunacaq”, deyə H.Hacıyev qeyd edib.