Fələstin lideri ölkədə 3 günlük matəm elan etdi

14 May 2018 21:20 (UTC+04:00)

AzNews.az TASS-a istinadən xəbər verir ki, bunu M.Abbas televiziya ilə xalqa müraciətində bəyan edib.

Fələstin rəhbəri həmçinin "Ən-Nəkba" (Böyük Fəlakət) gününün 70 illiyi ilə əlaqədar ümummilli tətilin başlanmasını elan edib.

Qeyd edək ki, son məlumatlara əsasən bu gün Qəzzada fələstinli etirazçılarla İsrail hüquq-mühafizə orqanları arasında toqquşmalarda ölənlərin sayı 52-yə yüksəlib, 2410 nəfər yaralanıb.