AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, qanunsuz yollarla Yunanıstanın Midilli adasına getməyə çalışan miqrantlardan həlak olan 7 nəfərin hamısı Əfqanıstan vətəndaşıdır. Ölənlərdən ikisinin uşaq olduğu bildirilir.
Qəzaya uğrayan gəmidəki miqrantlara köməyə gələn balıqçılar 13 nəfəri xilas ediblər. Xilas edilənlər dərhal xəstəxanaya yerləşdiriliblər.
AzNews.az