Qazaxıstanda zəlzələ oldu

15 May 2018 10:36 (UTC+04:00)

Trend-in məlumatına görə, yeraltı təkanların maqnitudası 5,1 bal gücündə göstərilir.

Zəlzələ Alma-Atadan 637 km şimal-şərqdə qeydə alınıb. Yeraltı təkanların episentrinin 5 km dərinlikdə olduğu bildirilib.

İnsan tələfatı və güclü dağıntılar barədə hələ məlumat verilməyib.

AzNews.az