İt bilib aldılar, ayı çıxdı

15 May 2018 11:32 (UTC+04:00)

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 2 il əvvəl Tibet Mastifi cinsi “küçük” alan ailə heyvanın iki ayaq üzərində yeriməyə başlamasını görüncə şübhələnib. Ayının sahibi Su Yun hər gün iki qab əriştə və bir qutu meyvə ilə bəslənən həmin canlının çox yediyinə də təəcübləndiyini deyib.

Üstəlik, heyvan böyüdükcə itdən çox ayıya bənzəməyə başlayıb.

Həqiqəti bilən Su yırtıcını Yabanı Həyatı Xilas Etmə mərkəzinə təhvil verib. Mərkəzdə müəyyən edilib ki, həmin ayı nəsli kəsilməkdə olan “Asiyanın qara ayısı”dır.

AzNews.az