“Facebook“un siması dəyişir - TƏFƏRRÜAT

16 Mart 2013 13:05 (UTC+04:00)
Bu günlərdə "Facebook" istifadəçilərinə texniki dəyişiklik təklif edilib. İstifadəçilərin dəyişikliyi rədd etmək istəyi isə qəbul edilməyib və səhifə yenilənib.

Yeniliklər, əsasən, əsas səhifədə müşahidə olunub. Belə ki, səhifənin solunda görməyə alışdığımız menyu və şəbəkədə olan dost siyahısı səhifənin sağında, ayrıca qara lövhədə verilib. İstifadəçi bildirişləri isə, əksinə, səhifənin soluna keçib. Bir sözlə, Facebook-un sağı ilə solu dəyişib. Dəyişiklik aparıldığı ilk saatlarda bəzi problemlər də ortaya çıxıb. Belə ki, istifadəçilərin profilində heç bir yenilik olmasa da, albomlardakı fotoların açılması üçün dəqiqələr lazım olub.

Ruhiyyə
Aznews.az