Paşinyan Lukaşenko ilə görüşdü

15 May 2018 12:11 (UTC+04:00)

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Lukaşenko görüşdə Ermənistanla ölkəsinin heç bir problemi olmadığını və bundan sonra da olmayacağını deyib:

“Çox yaxşıdır ki, Ermənistan bunu mənim öz dilimdən eşitdi. Belarusiya erməni xalqına qarşı xoş münasibətdədir”.

Lukaşenko Paşinyanla İrəvandakı vəziyyəti müzakirə edərkən Ermənistana belaruslu jurnalistlərin göndəriləcəyini vəd edib:

“Sizə söz verirəm, erməni xalqına qarşı siyasətimiz və münasibətimiz dəyişməyəcək”.

AzNews.az