“Bəzi dairələr dindarların əli ilə Azərbaycanda qarışıqlıq yaratmaq istəyir”

15 May 2018 12:19 (UTC+04:00)

APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Ramazan ayının başlanması ilə bağlı tədbirdə deyib.

O qeyd edib ki, bu dairələrin məqsədi ilk mərhələdə Azərbaycanda dini qarşıdurma yaratmaqdır: "Din amilindən istifadə edərək, İraq və Suriyada vəziyyəti qarışdırdılar. Azərbaycanda da bu hadisələri törətmək istəyənlər var”.

Şeyxülislam dindarları bu məsələlərdə diqqətli olmağa çağırıb: “Bu məsələlərdə diqqətli olmalıyıq, heç kimə imkan verməməliyik ki, Azərbaycanda dini qarşıdurma yaratsın”.

AzNews.az