İtaliyada mafiyaya qarşı əməliyyat - 12 nəfər saxlanıldı

15 May 2018 13:22 (UTC+04:00)

Trend-in məlumatına görə, Brindizi şəhərində keçirilən əməliyyat nəticəsində “Sakra Korona Unita” mafiyasına mənsub olmaqda şübhəli bilinən 12 nəfər saxlanılıb.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, mafiya üzvləri bir-birləri ilə şifrələnmiş məktublarla ünsiyyət saxlayırmışlar.

Saxlanılanlar barəsində qanunsuz silah saxlamaq, narkotik ticarəti və mafiya fəaliyyəti kimi ittihamlar irəli sürülüb.

AzNews.az