Cənubi Koreyada gəmi partladı - 12 nəfər yaralandı

15 May 2018 15:27 (UTC+04:00)

Trend-in məlumatına görə, hadisə nəticəsində 12 nəfər yaralanıb.

Yaralılardan 9 nəfərin ağır yanıq xəsarətləri aldığı bildirilir.

Məlumata görə, partlayış baş verən zaman gəmidə qaynaq işləri aparılırmış.

Gəmidə ardıcıl olaraq iki partlayış baş verdiyi qeyd olunur.

Hadisənin hansı səbəbdən baş verməsi dəqiq məlum deyil. Araşdırma başlayıb.

AzNews.az