İqbal Ağazadə prezidentliyə namizəd oldu

16 Mart 2013 13:27 (UTC+04:00)
Ümid Partiyasının mərkəzi qərərgahında Ali Məclisin iclası keçirilib. Musavat.com-un məlumatına görə, toplantıda partiya sədri İqbal Ağazadənin prezidentliyə namizədliyi ilə bağlı səsvermə keçirilib. Ali Məclis İ. Ağazadənin namizədliyini dəstəkləyib və tövsiyə edib.

Partiya sədri iştirakçıların alqışları altında seçki mesajını verib: "Biz keçən seçkilərdə demişdik ki, bu hakimiyyət bacarmayacaq. Xalqın problemlərini həll edə bilməyəcək. Bu gün görürük ki, haqlıydıq. İndi isə deyirik ki, növbəti 5 ildə daha ağır vəziyyətdə yaşamaq istəmirsinizsə bu iqtidarı dəyişin və bizə səs verin".

AzNews.az