Elmar Məmmədyarov ATƏT sədrinin şəxsi nümayəndəsi ilə görüşdü - Regiondakı vəziyyət ətraflı müzakirə olundu

15 May 2018 18:13 (UTC+04:00)

AzNews.az xəbər verir ki, görüşdə Azərbaycan və Ermənistanda seçki prosesinin başa çatdığını nəzərə alaraq, danışıqların intensiv şəkildə davam etdirilməsinin vacibliyini qeyd olunub.

Nazir Elmar Məmmədyarov Azərbaycanın münaqişənin tezliklə həll edilməsi üçün intensiv danışıqlara hazırlığını bir daha ifadə edib.

Görüş əsnasında danışıqlar prosesinin irəlilədilməsi üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən həyata keçiriləcək tədbirlər, həmçinin regiondakı vəziyyət ətraflı müzakirə olunub.