Biləsuvarda 12 yaşlı şagird məktəbdə öldü - Səbəb

15 May 2018 20:02 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, məlumata görə, məktəbli sonuncu dərsdən çıxıb evə gedərkən qəfildən məktəbin həyətində dünyasını dəyişib.

Onun ölümünə qıcolma səbəb olub. Belə ki, Ə.Hüseynlini məktəbin həyətində qıcolma tutub və onun dili qatlanıb.

Yaxınlıqdakı şəxslər onu xəstəxanaya çatdırsalarda, şagirdin həyatın xilas etmək mümkün olmayıb.