Bayıl qəsəbəsində sürüşmə oldu - Foto

15 May 2018 20:36 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə qəsəbənin Buxta 9 küçəsində qeydə alınıb.

Yerli sakinlər ərazidə yerləşən 3-4 evin uçduğunu bildirirlər.

Hadisə yerinə təcili tibbi yardım briqadası və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.