İran prezidenti: “ Qərb İran neftinə möhtacdır”

16 Mart 2013 13:53 (UTC+04:00)
"Qərb dünyası İran neftinə möhtacdır". APA-nın "Fars" xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran prezidenti Mahmud Əhmədinejad deyib. O bildirib ki, düşmənləri İran neftinə qarşı sanksiyalar tətbiq etsələr də, əslində bu neftə ehtiyacları var: " Həqiqətdə Qərb neftimizə möhtacdır. Lakin siyasət meydanında elə davranırlar ki, sanki İran onlara möhtacdır".

M. Əhmədinajad ölkəsinin Neft Nazirliyindən 10 ilədək xam neft ixrac edilməməsi üçün hazırlıq işlərinin görülməsini, yalnız neft və neftkimya məhsullarının ixrac edilməsinə başlanılmasını istəyib.

AzNews.az