Bərdədə 33 yaşlı sakin bıçaqlandı

15 May 2018 23:39 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə Soğanverdilər kəndində qeydə alınıb.

Kənd sakini, 33 yaşlı Mütalib Paşayev həmyerlisi tərəfindən bıçaqlanıb. Yaralı yaxınlarının köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.