Qızı 700-ə yaxın bal toplayan tanınmış jurnalist danışdı - Foto

16 May 2018 10:59 (UTC+04:00)

Jurnalist AzNews.az-a açıqlamasında bildirib ki, qızı Dövlət İmtahan Mərkəzinin mayın 13-də III ixtisas qrupu üzrə keçirdiyi imtahanda iştirak edib: “Maya Hüquq fakültəsini seçəcək. Onun imtahandan yüksək bal toplamasında təhsil aldığı Bakı Türk Liseyinin böyük rolu olub. Liseyin bütün müəllim kollektivinə təşəkkür edirəm. Bu, övladımdan çox məktəbin müəllim heyətinin uğurudur”.

Bahar RÜSTƏMLİ
AzNews.az