Əfqanıstanda 300 “Taliban”çı məhv edildi

16 May 2018 11:36 (UTC+04:00)

Trend-in məlumatına görə, döyüşlər nəticəsində “Taliban”ın 300-dək üzvü məhv edilib.

Bundan başqa, 15 hərbçi və 10 polis əməkdaşı da həlak olub. 5 dinc sakin də toqquşmaların qurbanı olub.

Qeyd olunur ki, ötən gündən başlayaraq “Taliban” silahlıları Fərəh əyalətində geinişmiqyaslı hücumlara başlayıb. Hücumda 2000-ə yaxın silahlı iştirak edib. Hücumun qarşısı ABŞ Hərbi-Hava Qüvvələrinin köməyi ilə alınıb.

AzNews.az