Xarici işlər nazirinə yeni müavin təyin olundu

16 May 2018 12:18 (UTC+04:00)

APA-nın məlumatına görə, Ramiz Həsənov xarici işlər nazirinin müavini təyin edilib.

R. Həsənov APA-ya açıqlamasında xəbəri təsdiqləyib.

Qeyd edək ki, R. Həsənov Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri olub. Komitə prezident İlham Əliyevin sərəncamı ilə bir müddət əvvəl ləğv olunub.

R. Həsənovun təyinatı haqqında xəbəri ilk olaraq haqqin.az yayıb.

AzNews.az