Aİ İranla ticarətdə dollardan avroya keçmək istəyir

16 May 2018 13:24 (UTC+04:00)

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Brüsseldəki (Belçika) diplomatik mənbə bildirib.

Onun sözlərinə görə, söhbət, ilk növbədə, neft, qaz və neft məhsullarının alış-veriş zamanı həyata keçirilən ticarət əməliyyatlarından gedir.

Qeyd edək ki, bundan öncə İranın "Avropa üçlüyü" ölkələri ilə (Böyük Britaniya, Almaniya, Fransa), ABŞ-ın "nüvə sazişi"ndən çıxmasına cavab olaraq iqtisadi əlaqələrin gücləndirilməsinə dəstək proqramı hazırladığı məlum olub.

AzNews.az