“Yerusəlim iki müstəqil dövlətin - Fələstin və İsrailin paytaxtı olmalıdır” - Rusiya

16 May 2018 13:49 (UTC+04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

"Rusiyanın Yerusəlimlə bağlı mövqeyinin dəyişilməz olduğunu təsdiqləmək istəyirəm. Şəhər iki müstəqil dövlətin - Fələstin və İsrailin paytaxtı və bütün üç təkallahlı dinlərin nümayəndələri üçün açıq olmalıdır", - deyə Rusiya XİN sözçüsü qeyd edib.

AzNews.az