“Zorakılıq heç vaxt sülh gətirmir” - Roma Papası

16 May 2018 14:31 (UTC+04:00)

Trend-in məlumatına görə, Vatikanda keçirilən mərasim zamanı çıxış edən Roma Papası tərəfləri sülh və əmin-amanlıq naminə dialoqa çağırıb.

I Fransisk bildirib ki, zorakılıq nəticəsində həlak olanlar və onların yaxınları üçün dualarını davam etdirir:

“Zorakılıq heç vaxt sülhə gətirib çıxarmır. Müharibə müharibəni, zorakılıq zorakılığı cəlb edib. Mən bütün tərəfləri öz öhdəliklərini yerinə yetirməyə çağırıram ki, ədalət və sülh qələbə çalsın”.

AzNews.az