Səfər Əbiyev polkovniki işdən çıxardı - EKSKLÜZİV

17 Mart 2013 08:35 (UTC+04:00)


Müdafiə naziri Səfər Əbiyev ciddi kadr dəyişikliklərinə start verib. AzNews.az-ın əldə etdiyi məlumata görə, bu prosesə kifayət qədər yüksək postlardan başlanılıb. Belə ki, nazirin martın 14-də imzaladığı əmrlə Silahlı Qüvvələrin Avtomobil Xidmətinin rəisi, polkovnik İmran Məmmədov tutduğu vəzifədən uzaqlaşdırılaraq, ehtiyata buraxılıb.

Rəsmi sənədlərdə onun vəzifədən azad edilməsi yaşıyla əlaqələndirilsə də, mənbəmiz əslində, bunun bəhanə olduğunu deyir:

"Polkovnik İmran Məmmədov heç də yaşlı deyil və onun 55 yaşı var. Baxmayaraq ki, Müdafiə Nazirliyi sistemində pensiya yaşı 53 göstərilir, amma nazirlikdə hətta 60-dan yuxarı yaşı olan çoxlu insanlar yüksək postları tutub. Odur ki, polkovnikin istefaya göndərilməsinin yaş senziylə əlaqəli olduğunu iddia etmək inandırıcı deyil. Əslində bu Müdafiə Nazirliyi sistemində nəzərdə tutulan kadr islahatlarının ilkin dalğasıdır və prosesin bundan sonra da davam edəcəyi gözlənilir".

Orxan
AzNews.az