Ərdoğan və Putin arasında telefon danışığı oldu - Fələstin...

16 May 2018 20:38 (UTC+04:00)

AzNews.az Tass-a istinadən xəbər verir ki, ölkə liderləri Fələstindəki son hadisələri müzakirə ediblər.

“Tərəflər Qəzza zolağında çox sayda ölüm halları ilə nəticələnən insidentlərlə bağlı dərin narahatlıq ifadə ediblər”, məlumatda deyilir.

Bundan əvvəl Türkiyə prezidenti Almaniya kansleri Angela Merkelvə İran prezidenti Həsən Ruhani ilə Fələstindəki vəziyyəti müzakirə edib.