İsrail Qəzza zolağını atəşə tutdu

16 May 2018 22:51 (UTC+04:00)

APA-nın məlumatına görə, bu barədə İsrail müdafiə ordusunun “Tvitter”ində məlumat yayılıb.

Məlumata əsasən, İsrail ordusunun tankı Qəzza zolağının cənub hissəsində HƏMAS-ın iki hərbi postunu atəşə tutub.

Ölən və yaralananlar barədə məlumat verilmir.

Qeyd edək ki, ABŞ-ın İsraildəki səfirliyi mayın 14-də Təl-Əvivdən Qüdsə köçürülüb. Bu, həm də İsrail dövlətinin yaradılmasının 70-ci ildönümünə təsadüf edib. Fələstinlilər ABŞ səfirliyinin Qüdsə köçürülməsi və İsrail dövlətinin yaradılması ilə bağlı Qəzza sərhədində aksiya keçirib. İsrail hərbçilərinin aksiyaçıları atəşə tutması nəticəsində 61 fələstinli ölüb, 3000-dən çox fələstinli yaralanıb.

AzNews.az