Əjdər Olun qardaşı da işdən çıxarıldı

17 May 2018 11:02 (UTC+04:00)

AzNews.az Mia.az-a istinadən xəbər verir ki, S.Babayevin əmri ilə ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal, Suraxanı, Xətai və Sabunçu rayon şöbələrinin müdirləri də işdən kənarlaşdırılıb.

Qeyd edək ki, DSMF-nin Suraxanı şöbəsinin müdiri Şahalı Cəbiyev sabiq aparat rəhbəri Əjdər Cəbiyevin qardaşıdır.

Bundan əlavə, Nazirliyin daxili nəzarət şöbəsinin müdiri, eləcə də aparatın ümumi şöbəsinin müdiri işdən çıxarılıb.