“Tramp kimi dostumuz varsa, bizə düşmən lazım deyil”

17 May 2018 11:09 (UTC+04:00)

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Task birliyə daxil olan ölkələri İranla bağlanan nüvə sazişinə sadiq qalmağa çağırıb:

“Donald Trampın son qərarlarına baxanda ağla gələn ilk bu olur: belə dostlar olduqca, bizə düşmən lazım deyil. Avropanın ona təşəkkür borcu var. Trampın sayəsində aldadıcı xəyallarımızla vidalaşmalı olduq”.

Qeyd edək ki, Donald Tramp mayın 12-də yenidən baxılmalı olan İranla bağlanmış nüvə sazişinə qatılmaqdan son anda imtina etmişdi.

AzNews.az