“Yunayted”-dən 15 xallıq fərq

17 Mart 2013 13:01 (UTC+04:00)



İngiltərə Premyer Liqasında 29-cu turun oyunları keçirilir.

Lider Mançester Yunayted Ridinqi qəbul edib və Runinin vurduğu tək qolla qalibiyyət əldə edib.

Mançester Yunaytedin ən yaxın təkibçisi Mançester Siti isə Everton səfərindən məğlubiyyətlə dönüb – 0-2. Günun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

Aston Villa 3-2 QPR

Southempton 3-2 Liverpul

Stok Siti 0-0 Vest Bromviç

Suense 0-2 Arsenal

AzNews.az